Şəhid ailəsi statusu kimlərə verilir? - AÇIQLAMA

Şəhid ailəsi statusu kimlərə verilir? - AÇIQLAMA

Son zamanlar insanlar tərəfindən geniş müzakirə olunan mövzularda biri də şəhid ailəsi statusunun kimə verilməsi ilə bağlıdır.

Mövzu  ilə  bağlı  açıqlama verən  hüquqşunas, Emil Aslanov şəhid ailəsi hesab edilən şəxslərin siyahısını təqdim edib:

- şəhidin həyat yoldaşı;

- valideynləri;

- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;

- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;

- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri.

Nazirlər kabinetinin qərarına əsasən, şəhidin bacı və qardaşı onun ailə üzvü hesab edilir və həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri yaşayış yerləri ilə birinci növbədə təmin edilirlər.

Məsələ ilə bağlı millət vəkili Rüfət Quliyev bildirib ki, nazirlər kabinetinin qərarında yazılanlar istisnasız icra edilməlidir.

Baku TVскачать dle 10.6фильмы бесплатно
30-09-2022, 10:02
Baxıs: 329
Reyting: