allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info  Sumqayıt avtovağzalına daxil olarkən tələb olunan 50 qəpik ödəniş qanunsuzdur - AÇIQLAMA » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

 Sumqayıt avtovağzalına daxil olarkən tələb olunan 50 qəpik ödəniş qanunsuzdur - AÇIQLAMA

 Sumqayıt avtovağzalına daxil olarkən tələb olunan 50 qəpik ödəniş qanunsuzdur - AÇIQLAMA

"Sumqayıt avtovağzalına daxil olarkən tələb olunan 50 qəpik ödəniş qanunsuz və əsassızdır. Fiziki şəxslər tərəfindən vətəndaşlardan bu cür ödənişlərin tələb olunmasının hüquqi əsası yoxdur".

ARAZXEBER.AZ xəbər verir ki, bu barədə Xeberler.com-a açıqlamasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili, hüquqşünas Elşad İsayev deyib. E. İsayev bildirib ki, qeyd olunan münasibətlər "Yerli vergi və ödənişlər haqqında" qanununun tələblərinə əsasən nizama salınır: "Bu Qanun Azərbaycan Respublikasında yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Həmin qanunun 8-ci maddəsinə əsasən, bu cür ödənişləri bələdiyyələr müəyyənləşdirir və daxil olan ödənişlər isə bələdiyyələrin hesabına köçürülür.
Həmin qanunun 9.1.5-ci maddəsinə əsasən bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş yerli ödənişlərə aiddir. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün əsaslandırılmış qaydada müəyyən edilir.
Qanunun 13.1-ci maddəsinin tələblərinə əsasən yerli vergi və ödənişlərin ödəyiciləri, vergi agentləri, habelə bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Bu Qanunla müəyyənləşdirilən yerli vergi və ödənişlərin toplanması və büdcəyə köçürülməsi sahəsində bələdiyyələrin səlahiyyətlərinin icra hakimiyyəti və s digər orqanlar tərəfindən məhdudlaşdırılmasına yol verilmir. Bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir.
Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər.
Ayrı -ayrı hüquqi və fiziki şəxslərin bu cür ödənişlər tələb etmələri qanunsuzdur".
Qeyd edək ki, Sumqayıt avtovağzalına giriş zamanı nəqliyyat vasitələrindən 50 qəpik məbləğində vəsait alınır. Bu da avtomobili olan şəhər sakinlərinin narazılığına səbəb olub.
07:35
Baxıs: 45440
Reyting: