6 il həbs verilmiş təhsil işçiləri azadlığa buraxıldı

6 il həbs verilmiş təhsil işçiləri azadlığa buraxıldı

Dələduzluq, mənimsəmə və rüşvət verməyə təhrik etmədə ittiham olunan təhsil işçilərinin apellyasiya şikayətinə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilərək bu ilin aprel ayında məhkəmə zalında həbs edilən Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin şöbə müdiri işləmiş Gülnarə İsgəndərova, Tibb Universitetinin əməkdaşları Kəmalə Alıyeva və Elmira Babayevanın apellyasiya şikayəti təmin edilib. Məhkəmə onların barəsindəki həbs hökmünü ləğv edib və hər biri şərti cəzaya məhkum edilərək avqustun 25-də məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, G.İsgəndərova 6 il 6 ay, K.Alıyeva və E.Babayeva isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

G.İsgəndərova 2017-ci ildən etibarən qulluq mövqeyindən istifadə edərək ATU-nun əməkdaşları ilə əlbir olaraq ümumilikdə 21 nəfərdən Tibb Universitetində müxtəlif vəzifələrə düzəltmək adı ilə 126 500 manat alıb. İtihama görə, vətəndaşlara qarşı dələduzluq edərək onları rüşvət verməyə təhrik edib, universitetdə müxtəlif vəzifələrə işə düzəlmələrinə dair Universitetin adından saxta əmrlər hazırlayıb.

Xatırladaq ki, onlarla bağlı 2021-ci ilin dekabrında cinayət işi açılmış, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi işi araşdırmağa başlamışdı.

Qafqazinfoскачать dle 10.6фильмы бесплатно
1-09-2022, 10:39
Baxıs: 366
Reyting: