Bakıda restoranda DJ bıçaqlandı - FOTO

Bakıda restoranda DJ bıçaqlandı - FOTO

Bakının Yasamal rayonunda insident zamanı bir nəfər bıçaqlanıb.

Hadisə Müzəffər Həsənov küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, restoranda DJ kimi fəaliyyət göstərən Elşən Babayevlə müştəri arasında mübahisə baş verib.

Nəticədə E.Babayev bıçaqlanıb.

Yaralı Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisə yerində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

 APAскачать dle 10.6фильмы бесплатно
1-09-2022, 09:21
Baxıs: 526
Reyting: