"Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi - SİYAHI

"Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi - SİYAHI

UEFA Avropa Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

Pley-off mərhələsinin cavab matçlarından sonra qrupda mübarizə aparacaq 32 komanda müəyyənləşib.

Bununla da Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ"ın bütün potensial rəqiblərinin adına aydınlıq gəlib.

Püşkatmaya 2-ci səbətdən qoşulacaq Ağdam klubu digər səbətlərdəki komandalardan biri ilə eyni qrupa düşəcək.

1-ci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan)

2-ci səbət: PSV, "Feyenoord" (hər ikisi Niderland), "Renn", "Monako" (hər ikisi Fransa), "Real Sosyedad" (İspaniya), "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Lüdoqorets" (Bolqarıstan)

3-cü səbət: "Şerif" (Moldova), "Betis" (İspaniya), "Midtüllan" (Danimarka), "Budö Qlimt" (Norveç), "Ferentsvaroş" (Macarıstan), "Yunion" (Berlin), "Frayburq" (hər ikisi Almaniya), "Fənərbağça" (Türkiyə)

4-cü səbət: "Nant" (Fransa), HİK (Finlandiya), "Şturm" (Avstriya), AEK (Larnaka), "Omoniya" (hər ikisi Kipr), "Yunion" (Belçika), "Sürix" (İsveçrə), "Trabzonspor" (Türkiyə)

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin püşkü bu gün atlacaq.скачать dle 10.6фильмы бесплатно
26-08-2022, 10:01
Baxıs: 354
Reyting: