allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info COVID-19 pasportu olmayanlara DAHA BİR QADAĞA: icazə verilməyəcək » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

COVID-19 pasportu olmayanlara DAHA BİR QADAĞA: icazə verilməyəcək

COVID-19 pasportu olmayanlara DAHA BİR QADAĞA: icazə verilməyəcək

Noyabrın 30-da yeniyetmələr, gənclər və böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Taekvondo Federasiyasından Publika.az-a verilən məlumata görə, idmançıların təcrübəsi və ustalığının artırılması və milli komandaların tərkibinin müəyyənləşdirilməsi xarakteri daşıyan yarış Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşəcək.
Dekabrın 5-dək davam edəcək ölkə çempionatında yaşı 18-dən yuxarı olan bütün idmançılardan və zala daxil olan şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Əks halda həmin şəxslər yarışa buraxılmayacaqlar.
Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatında azarkeşlərin iştirakına icazə verilməyəcək.
09:53
Baxıs: 23120
Reyting: