"Qarabağ" "Səbail"i qəbul edəcək

"Qarabağ" "Səbail"i qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun növbəti oyunu keçiriləcək.

Son çempion "Qarabağ" "Azersun Arena"da "Səbail"i qəbul edəcək. FIFA referisi Rauf Cabbarovun idarə edəcəyi qarşılaşma saat 20:00-da başlayacaq.

"Köhlən atlar" bu görüşdə 2 aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək. Müdafiəçilər Maksim Medvedevlə Kevin Medina zədə səbəbindən mövsümün ilk oyununu buraxacaqlar. "Səbail" isə yeni baş məşqçisi Mahmud Qurbanovun rəhbərliyi altında ilk rəsmi matçına çıxacaq.

Komandalar indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəliblər. Bunların 15-i Ağdam klubunun, 2-si paytaxt təmsilçinin xeyrinə başa çatıb. 2 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 38:7.

“Qarabağ” son 6 ev oyununda qələbə qazanıb. Son 4 oyunda üç və ya daha çox qol vurulub.

Azərbaycan Premyer Liqası

I tur

6 avqust

20:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
VAR hakimi: Fərid Hacıyev
VAR hakiminin köməkçisi: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
“Azersun Arena”.

Qeyd edək ki, mövsümün açılış oyununda "Zirə" "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib. Tura avqustun 7-də keçiriləcək "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və avqustun 8-də oynanılacaq "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.скачать dle 10.6фильмы бесплатно
6-08-2022, 09:38
Baxıs: 378
Reyting: