Azərbaycanda ən çox girov qoyulan daşınmaz əmlaklar - STATİSTİKA

Azərbaycanda ən çox girov qoyulan daşınmaz əmlaklar - STATİSTİKA

Beynəlxalq praktikada ipotekanın bir çox növündən istifadə olunur.

Bu zaman daşınan və daşınmaz əmlak girov predmeti kimi çıxış edir. Ölkəmizdə isə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yeni yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Bu isə onların yeni mənzillə təmin olunmasına imkan verir. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi, girov predmeti olması isə bu bazarın canlanmasına gətirib çıxarır. Azərbaycanda bu sahə üzrə 2022-ci ilin ilk yarımilliyinin statistikasına nəzər yetirək.

Cari ilin yanvar-iyun ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi məlumata görə, 2022-ci ilin yanvar-iyun ayları ərzində ölkəmizdə 34 126 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 902 və ya 46,9% artıq olub.

2022-ci ilin 6 ayı ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar

2022-ci ilin 6 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk 3-lükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak mənzillərdir. Belə ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində 19 949 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Cari ilin 6 ayı ərzində girov qoyulmuş ümumi əmlakdan 5 826-sı fərdi yaşayış evinin, 5 668-i isə torpaq sahəsinin payına düşüb.

2022-ci ilin yanvar-iyun ayları ərzində

daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri

Əmlak növləri

Müqavilə sayı

Ümumi göstəricidə payı

Mənzillər

19949

58,5%

Fərdi yaşayış evləri

5826

17,1%

Torpaq sahələri

5668

16,6%

Qeyri-yaşayış binaları

1159

3.4%

Qeyri-yaşayış sahələri

1124

3.3%

Digərləri

400

1.1%

Ümumi say

34126

100.0%

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi ölkənin iqtisadi mərkəzi sayılan Bakıda bağlanılıb. Cari ilin yanvar-iyun ayları ərzində paytaxtda ümumilikdə 18 853 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55,2%-i və ya yarıdan çoxu deməkdir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron (3 798 müqavilə), 2 saylı Sumqayıt (2 392 müqavilə), 3 saylı Gəncə (1 755 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (1 434 müqavilə) aparılıb. Həmçinin, Yevlax və Bərdə ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır. Bu nəticələri həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qəbul etmək olar.

Sıra №

Ərazi İdarələrinin adı

İpoteka müqaviləsinin ümumi sayı

Ölkə üzrə

34 126

1.

1 saylı Bakı Ərazi İdarəsi

18 853

2.

4 saylı Abşeron Ərazi İdarəsi

3 798

3.

2 saylı Sumqayıt Ərazi İdarəsi

2 392

4.

3 saylı Gəncə Ərazi İdarəsi

1 755

5.

5 saylı Xaçmaz Ərazi İdarəsi

1 434

6.

17 saylı Yevlax Ərazi İdarəsi

734

7.

7 saylı Bərdə Ərazi İdarəsi

638

8.

13 saylı Şirvan Ərazi İdarəsi

556

9.

6 saylı Beyləqan Ərazi İdarəsi

532

10.

10 saylı Lənkəran Ərazi İdarəsi

464

11.

11 saylı Şəmkir Ərazi İdarəsi

443

12.

12 saylı Şəki Ərazi İdarəsi

437

13.

16 saylı Ucar Ərazi İdarəsi

404

14.

8 saylı Cəlilabad Ərazi İdarəsi

392

15.

9 saylı Qəbələ Ərazi İdarəsi

357

16.

15 saylı Tovuz Ərazi İdarəsi

348

17.

18 saylı Zaqatala Ərazi İdarəsi

300

18.

14 saylı Şamaxı Ərazi İdarəsi

287

Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionlar üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Sumqayıt və Abşerondur. Bütün girov qoyulan mənzillərin 92,2%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub.

Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 14 saylı Şamaxı (10 müqavilə) və 9 saylı Qəbələ (8 müqavilə) ərazi idarələridir.

Mənzillərin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri

İpoteka müqaviləsinin sayı

1 saylı Bakı Ərazi İdarəsi

14591

4 saylı Abşeron Ərazi İdarəsi

2236

2 saylı Sumqayıt Ərazi İdarəsi

1574

3 saylı Gəncə Ərazi İdarəsi

722

17 saylı Yevlax Ərazi İdarəsi

283

13 saylı Şirvan Ərazi İdarəsi

128

2022-ci ilin ilk yarımilliyi ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə, və 2 saylı Sumqayıt ərazi idarələrinin dislokasiyalarında yerləşir.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri

İpoteka müqavilələrinin sayı

1 saylı Bakı Ərazi İdarəsi

1879

4 saylı Abşeron Ərazi İdarəsi

683

3 saylı Gəncə Ərazi İdarəsi

562

5 saylı Xaçmaz Ərazi İdarəsi

357

7 saylı Bərdə Ərazi İdarəsi

326

2 saylı Sumqayıt Ərazi İdarəsi

275

Cari ilin 6 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (80 müqavilə) və 15 saylı Tovuz (73 müqavilə) ərazi idarələridir.

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri

İpoteka müqavilələrinin sayı

5 saylı Xaçmaz Ərazi İdarəsi

934

1 saylı Bakı Ərazi İdarəsi

899

4 saylı Abşeron Ərazi İdarəsi

712

2 saylı Sumqayıt Ərazi İdarəsi

360

3 saylı Gəncə Ərazi İdarəsi

336

12 saylı Şəki Ərazi İdarəsi

272
скачать dle 10.6фильмы бесплатно
26-07-2022, 16:26
Baxıs: 209
Reyting: