Xəbərdarlıq! Qiyamət yaxınlaşır, boş söhbətləri buraxın!

Xəbərdarlıq! Qiyamət yaxınlaşır, boş söhbətləri buraxın!

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge son həftələrdə Avropada insan tələfatına səbəb olan isti hava dalğasının “qorxunc qiyamətlə” əlaqəli olduğunu bildirib.

İqlim dəyişikliyi nəticəsində yaranan isti dalğasının mənfi təsirinə qarşı Avropa ölkələrinin vahid plan hazırlaması zərurətini vurğulayan Klugenin sözlərinə görə, mövcud böhran bəşəriyyətin varlığını təhdid edir.

Avropada çoxlu sayda insanın ölümünə səbəb olan isti dalğaların “görünməmiş, qorxulu və qiyamətlə bağlı" olduğunu qeyd edən Kluge hökumətləri boş ritorikadan əl çəkməyə və Paris razılaşmasında iqlim dəyişikliyi proqramını həyata keçirmək üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.

teleqraf.comскачать dle 10.6фильмы бесплатно
23-07-2022, 09:21
Baxıs: 269
Reyting: