allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Millimiz səfərdə qrupun liderini büdrətməyə çalışacaq - AFİŞA » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Millimiz səfərdə qrupun liderini büdrətməyə çalışacaq - AFİŞA

Millimiz səfərdə qrupun liderini büdrətməyə çalışacaq - AFİŞA

Qətərdə keçiriləcək 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti qarşılaşmalar baş tutacaq.

Günün Bakı vaxtı ilə 18:00-da başlayacaq ilk qarşılaşmasında Qazaxıstan millisi Astanada Finlandiya millisini qonaq edəcək. Bu görüşdə qələbə hər iki komanda üçün qrup ikinciliyi şanslarını qorumaq üçün önəm daşıyır. Beş komandanın yer aldığı D qrupunda 3 xalla Qazaxıstan sonuncu, bir oyun az keçirən Finlandiya 5 xalla dördüncüdür.

Qrupun 22:45-də başlayan digər oyununda isə Ukrayna millisi Bosniyanı qonaq edəcək. Beş oyuna 6 xal toplayan qonaqlar qalib gələcəyi halda altı oyundan 8 xalı olan meydan sahiblərini geridə qoyacaq. Qrupa 12 xalla Fransa başçılıq edir.

Oktyabrın 12-də Azərbaycan millisi də A qrupunda növbəti görüşünü keçirəcək. 1 xalla qrup sonuncusu olan yığmamız səfərdə 14 xalla qrup lideri olan Serbiyanın qonağı olacaq. Qrupumuzda keçiriləcək digər oyunda Portuqaliya (13 xal) üçüncü pillənin sahibi Lüksemburq (6 xal) seçməsini qəbul edəcək. Beş komandalıq qrupda İrlandiya (5 xal) seçməsi bu gün oyun keçirməyəcək.

I qrupunda mübarizə aparan Albaniya və Polşa komandaları münasibətlərə Tiranadakı “Air Albania Stadium”da aydınlıq gətirəcəklər. 15 xalla qrup ikincisi olan Albaniya millisi 14 xala sahib rəqibi üzərində qələbə qazanmaqla həm də, Polşadakı 4:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Qrupun digər oyununda İngiltərə və Macarıstan komandaları üz-üzə gələcək. 19 xalla cədvələ başçılıq edən İngiltərə üstünlüyünü bir qədər də möhkəmləndirmək, 10 xalı olan Macarıstan isə ikincilik şansını qorumaq üçün meydana çıxacaq. Autsayderlərin mübarizəsində isə hələlik xalı olmayan San Marino seçməsi dogma meydanda 3 xalı olan Andorranı qonaq edəcək.

Avropa futbolu C qrupunda da gərgin mübarizəyə səhnə olacaq. Beş komandalıq qrupda hərəyə 5 xal toplayan Bolqarıstan və Şimali İrlandiya milliləri üz-üzə gələcək. Qrupun digər oyununda 11 xalla ikinci pillədə qərarlaşan İsveçrə 3 xalla sonuncu olan Litva ilə qarşılaşacaq. Bu oyunda ev sahibi Litva komandası səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Qrupun lideri İtaliya millisi (14 xal) bu tur mübarizə aparmayacaq.

F qrupunda yeddi oyuna maksimal nəticə göstərən və rəqib qapılarından 26 cavabsız top keçirən Danimarka millisi 10 xalla dördüncü pillədə qərarlaşan Avstriyanı qonaq edəcək. Meydan sahibləri səfərdə 0:4 hesabı ilə qalib gəldikləri Avstriyanı evdə də məğlub etməklə uğurlu seriyanı davam etdirməyə çalışacaq.

Qrupun digər oyununda isə 14 xalı olan ikinci pillənin sahibi Şotlandiya 4 xalla beşinci yerdə qərarlaşan Farer adalarını qəbul edəcək. 10 xala sahib İsrail millisi doğma meydanda autsayder Moldovanı (1 xal) qonaq edəcək.

B qrupu turnir cədvəlində qonşu olan komandaları üz-üzə gətirəcək. Dördüncü (4 xal) Kosovo Gürcüstanı (1 xal), ikinci İsveç (12 xal) üçüncü (9 xal) Yunanıstanı qəbul edəcək. Beş komandalıq qrupda lider İspaniya (13 xal) bu tur meydana çıxmayacaq.
10:36
Baxıs: 18160
Reyting: