İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı müzakirələr aparılıb

“Bu gün Qarabağ Dirçəliş Fondunun qonağı olduq və həmkarım Rəhman müəllim ilə işğaldan azad olunmuş ərazilərin bərpası barədə faydalı müzakirə keçirtdik”.

“Leqal.info" xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (QİRİAOƏ) (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında Qarabağ Dirçəliş Fondunun (QDF) sədri Rəhman Hacıyevlə görüşdən sonra yazıb.

“Görüşdən sonra QDF tərəfindən QİRİAOƏ-ə Azərbaycan Respublikasının xüsusi nümayəndəliyinə pick-up tipli avtomobil ianə edildi. Dərin təşəkkürümüzü bildiririk!”, - Emin Hüseynov əlavə edib.скачать dle 10.6фильмы бесплатно
12-06-2022, 09:19
Baxıs: 26 075
Reyting: