Örl Litzenberger: “Azərbaycanda mina probleminin həlli vacibdir”

“Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi məsələsi ciddi problemdir. Əgər ərazilər minalardan təmizlənməsə, məcburi köçkünlər ora qayıda bilməyəcəklər”.

Leqal.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.

Onun sözlərinə görə, bir sıra ABŞ şirkəti işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində iştirak edir.

“ABŞ-ın bu sahədə böyük təcrübəsi var, biz ən yaxşı texnikaları təqdim edə bilərik. Qarabağda daha çox ABŞ şirkətlərini görmək istəyirik”, - səfir bildirib.скачать dle 10.6фильмы бесплатно
9-06-2022, 12:33
Baxıs: 34 475
Reyting: