allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Çempionlar Turu - Rəcəbov və Məmmədyarov uduzdu » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Çempionlar Turu - Rəcəbov və Məmmədyarov uduzdu

Çempionlar Turu - Rəcəbov və Məmmədyarov uduzdu

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində II turun görüşləri keçirilib.

KONKRET.az-ın məlumatına görə, azərbaycanlı qrossmeysterlərdən Teymur Rəcəbov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. 4 hissəlik görüşdə qalib müəyyənləşmədiyindən, tay-breyk oynanılıb. Bu zaman rəqib daha güclü olub.

Şəhriyar Məmmədov isə Maqnus Karlsenlə qarşılaşıb. Bu görüşdə isə qalib əsas hissə və tay-breykdə yox, armaggedonda müəyyənləşib. Karlsen 4:3 hesabı ilə qalib gəlib.

Çempionlar Turu
Final mərhələsi
II tur

Aniş Giri (Niderland) – Yan-Kşiştof Duda (Polşa) – 1,5:2,5
Hikaru Nakamura (ABŞ) – Teymur Rəcəbov (AZƏRBAYCAN) – 3,5:2,5
Vladislav Artemyev (Rusiya) – Levon Aronyan (Ermənistan) – 1,5:2,5
Maksim Vaşye-Laqrav (Fransa) – Uesli So (ABŞ) – 2,5:0,5
Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – Maqnus Karlsen (Norveç) – 3:4

Xal durumu: Maqnus Karlsen – 19,5 xal, Uesli So – 15,5 xal, Levon Aronyan – 9 xal, Aniş Giri – 7,5 xal, Teymur Rəcəbov – 7 xal, Vladislav Artemyev – 5,5 xal, Hikaru Nakamura – 5 xal, Maksim Vaşye-Laqrav – 4,5 xal, Şəhriyar Məmmədyarov – 0,5 xal, Yan-Kşiştof Duda – 0.
07:07
Baxıs: 46720
Reyting: