Daun sindromu diaqnozu ilə əlillik təyin edilən 100-dən çox uşağın sağlam olduğu aşkarlanıb

“Bəzi hallarda xəstəxanalar və ya poliklinikalar göndərişi daha keyfiyyətli yazırlar ki, həmin şəxslərə daha tez əlillik təyin olunsun. Son aparılan yoxlamalarda məlum oldu ki, 100-dən çox uşağa daun sindromu diaqnozu ilə əlillik təyin edilib. Növbəti yoxlamalarda isə həmin uşaqların daun sindromu olmayan sağlam uşaqlar olduqları üzə çıxarıldı”.

Leqal.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

O bildirib ki, həmin uşaqların saxta əlilliyinin qanunvericiliyə uyğun şəkildə ləğvi ilə bağlı qərar qəbul edilib: “Tibb müəssisələri lazım olduğu halda göndərişi keyfiyyətli doldura bilirlər. Bir çox hallarda isə bilərəkdən, yaxud bilməyərəkdən, həmçinin məlumat qıtlığı səbəbindən vətəndaşı tez yola salmaq üçün müəyyən addımlar atırlar. Hamı bilməlidir ki, göndəriş yazılması dərhal əlillik təyinatı demək deyil. Dünyanın heç bir yerində əlillik təyini sadə proses sayılmır. Bəzən də Forma 88-də olmayan məlumatlar da yazılır. Artıq icbari tibbi sığortanın tətbiqi nəticəsində məlumat bazası vasitəsilə bütün məlumatlar əldə ediləcək. Yeni meyarların qəbulundan sonra saxta əlillik təyinatı məsələsi mümkün olmayacaq”.скачать dle 10.6фильмы бесплатно
27-05-2022, 13:21
Baxıs: 35 222
Reyting: