Finlandiya NATO-ya üzv olmaq qərarını rəsmən elan edib

Finlandiya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmaq üçün müraciət edəcək.

"Leqal.info" xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö bildirib.

"Bu gün Prezident və Xarici və Təhlükəsizlik Siyasəti Komitəsi Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciət edəcəyi barədə qərar qəbul edib"-deyə, o bildirib.

Öz növbəsində baş nazir Sanna Marin məlumat verib ki, indi hökumət öz rəyini parlamentə təqdim edəcək:

"Bizim qərarımız tarixidir. Ən vacibi Finlandiyanın və vətəndaşlarımızın təhlükəsizliyidir. Bu qərar Skandinaviya ölkələrinin təhlükəsizliyini və əməkdaşlığını gücləndirir", - o deyib.скачать dle 10.6фильмы бесплатно
15-05-2022, 14:16
Baxıs: 32 546
Reyting: