Azərbaycanda istifadəyə yararsız dərmanın satışı qadağan olunub

Azərbaycanda istifadəyə yararsız dərmanın satışı qadağan olunub.

Bu barədə Leqal.info-ya Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, 028084 seriya ilə buraxılmış son istifadə tarixi 02.2023 olan “Fosfalyugel” ticarət adlı, daxilə qəbul edilən gel (16 q №20 paketlərdə (saşe)) dərman vasitəsində istehsalçının təqdim etdiyi parametrlərlə uyğunsuzluq aşkarlandığı üçün geri çağırılması qərarı verilib: "Bu o deməkdir ki, sözügedən dərman vasitəsinin yalnız 028084 seriya ilə buraxılmış dərman vasitələri istifadəyə yararsızdır".скачать dle 10.6фильмы бесплатно
13-05-2022, 19:00
Baxıs: 36 582
Reyting: