Nazirlik: "Maska tələbi ləğv edilsə də, qapalı məkanlarda taxılması tövsiyə olunur"

“Azərbaycanda maska qadağası hələlik götürülsə də, xüsusən əhalinin sıx toplandığı və qapalı məkanlarda maskanın taxılması tövsiyə olunur”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə epidemioloji durum nəzarət olunan, dayanıqlı həddədir: “Lakin pandemiya bitməyib və virusun hələ kifayət qədər mutasiyaya uğrayıb yeni yayılma dalğasını törətmək potensialı var. Bizi əhatə edən ölkələrdə epidemioloji durum nisbi stabildir, əminliklə söyləmək olar ki, ölkədə də indiki əlverişli vəziyyət bir müddət davam edəcək. Ona görə də əhalini sayıqlığı əldən verməməyə, karantin dövründəki bütün qadağalara ciddi əməl etməyə çağırırıq. Hesab edirik ki, “Omikron” ştamının sürətlə yayılması, qısa zaman kəsiyində aparıcı mövqelərə çıxması belə halların bir daha təkrarlana bilməsi anlamına gətirir. Vaksinasiya prosesi davam etdirilməli, xüsusilə risk qruplarına daxil olan insanlar daha diqqətli olmalı və müəyyən vaxtlarda təkrar peyvənd olunmalıdırlar”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir. Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Eyni zamanda Azərbaycanın beynəlxalq hava limanı ərazisində və ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir”.скачать dle 10.6фильмы бесплатно
26-04-2022, 12:30
Baxıs: 26 683
Reyting: