Hesablama Palatası AZAL-da yoxlamalara başlayıb
“Azərbaycanda elə dövlət təşkilatları var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar”.
Leqal.info-nun xəbərinə görə, bunu Hesablama Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında , qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) yoxlamalara başlanılıb. V.Gülməmmədov bildirib ki, bu qurumda dövlət vəsaitinin və əmlakının auditi aparılır: “Aparılan yoxlamaların nəticələrinə dair məlumatlar veriləcək”. V.Gülməmmədov jurnalistlərə açıqlamasında deyib ki, AZAL-da yoxlamaların iyun ayında başa çatdırılması nəzərdə tutulub. |
XƏBƏR LENTİ
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57