İlham Əliyev: "Bu gün Cənub Qaz Dəhlizinin əhəmiyyəti daha qabarıq görünür"

"Bir ildən artıq müddətdir ki, Azərbaycan Avropaya təbii qazın ixracatçısına çevrilib və Albaniya hər zaman bu təşəbbüsü dəstəkləyib".

Leqal.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşündə deyib.

"Ölkənizin yüksək səviyyəli nümayəndələri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında hər zaman iştirak ediblər və həmin layihənin icrasına öz böyük töhfələrini veriblər. Yəni, biz bu tarixi layihəni icra etmiş ölkələrdən ibarət olan komandadayıq. Hesab edirəm ki, bu gün Cənub Qaz Dəhlizi və xüsusilə də Trans-Adriatik boru kəmərinin əhəmiyyəti daha qabarıq görünür", - İlham Əliyev bildirib.скачать dle 10.6фильмы бесплатно
14-04-2022, 20:33
Baxıs: 46 014
Reyting: