Lavrov: “Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamasına kömək etməyə hazırıq”

“Rusiya Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazırdır”.

Leqal.info “RİA Novosti” yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-də Moskvada Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz ümid edirik ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya tezliklə yaradılacaq”, - o bildirib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş olub.скачать dle 10.6фильмы бесплатно
8-04-2022, 17:00
Baxıs: 38 813
Reyting: