Müdafiə Nazirliyi əsgərin sosial şəbəkələrdə yaydığı fikirlərə münasibət bildirib

Müdafiə Nazirliyi müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu Fərid İsmayılovun sosial şəbəkələrdə yaydığı fikirlərə münasibət bildirib.

Nazirlikdən Leqal.info-ya deyilib:

"İlk olaraq qeyd edək ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar.

Bildiririk ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.

Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik".

Xatırladaq ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu F.İsmayılov sosial şəbəkədə yazdığı statusunda xidmət şəraitindən narazılıq edib, su, qida və digər təminatda çatışmazlığın olduğunu iddia edib.скачать dle 10.6фильмы бесплатно
30-03-2022, 15:00
Baxıs: 40 490
Reyting: