Makron: “Fransa, Türkiyə və Yunanıstan Ukraynada birgə humanitar əməliyyat keçirəcəklər”

Prezident Emmanuel Makron Fransa, Türkiyə və Yunanıstanın Ukraynanın Mariupol şəhərindən mülki əhalinin təxliyəsi üçün birgə humanitar əməliyyat keçirəcəyini bildirib.

"Leqal.info" xəbər verir ki, bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Fransa Prezidentinin sözlərinə görə, 400 min nəfər əhalisi olan Mariupolda hələ də 150 ​​mindən çox mülki şəxs qalıb.

"Fransa, Türkiyə və Yunanıstan əhalinin Mariupoldan çıxarılması üçün birgə humanitar əməliyyat keçirəcək. Bu, yaxın günlərdə baş verəcək", - Makron deyib.

Makron əlavə edib ki, bu məqsədlə Mariupol şəhər administrasiyası ilə əlaqə yaradılıb.

"Mən və Rusiya Prezidenti Vladimir Putin yaxın 48-72 saat ərzində bu mövzunu telefonla müzakirə edəcəyik", - Fransa Prezidenti bildirib.скачать dle 10.6фильмы бесплатно
27-03-2022, 05:30
Baxıs: 26 037
Reyting: