EBRD Qaradağ Günəş Elektrik Stansiyasının inşasına kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq.

Leqal.info xəbər verir ki, bu barədə EBRD məlumat yayıb.

Qeyd edək ki, Qaradağ GES-in tikintisi layihəsini "Abu Dhabi Future Energy Company" (Masdar) icra edir. Layihə Azərbaycanın enerji sisteminə 230 MVt günəş enerjisi istehsal gücü əlavə edəcək və təxminən 110 000 evi enerji ilə təmin edəcək.

Bildirilir ki, kreditin təsdiqi bankın Direktorlar Şurası tərəfindən aprelin 27-i gözlənilir. Kredit, layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış “Masdar Azerbaijan Energy” MMC-yə ayrılıb.скачать dle 10.6фильмы бесплатно
25-03-2022, 12:58
Baxıs: 40 172
Reyting: