Nazir: "Türkiyə Ukraynada 24 saatlıq atəşkəs təklif edir"

“Rusiya tərəfi insanların münaqişə bölgəsindən çıxarılması məsələsində Ukraynanın maneə yaratdığını, Ukrayna tərəfi isə tam əksini söyləyir”.

Leqal.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.

“Biz də təklif etdik ki, beynəlxalq qurumlar – bura Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin qurumları, Türkiyə Qızıl Aypara Cəmiyyəti müşahidəçi olsun. 24 saatlıq atəşkəs olsun, bunun işə yarayıb-yaramadığını isə humanitar qurumlar müşahidə etsin”, - nazir vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
17-03-2022, 18:30
Baxıs: 43 320
Reyting: