allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info "İqbal Məmmədov qoçu, trol saxlamaqdansa rayondakı qazi və şəhid ailələri ilə maraqlanın" » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

"İqbal Məmmədov qoçu, trol saxlamaqdansa rayondakı qazi və şəhid ailələri ilə maraqlanın"

"İqbal Məmmədov qoçu, trol saxlamaqdansa rayondakı qazi və şəhid ailələri ilə maraqlanın"

Bir neçə gün bundan qabaq Deputat İqbal Məmmədova məxsus Lerikdəki “Relax” İstirahət Mərkəzinin rəsmi səhifəsində 26-27 fevral tarixində xüsusi kampaniya keçiriləcəyi elan edilmişdi.

Dünən rəhbəri olduğum Asiya.az xəbər portalında həmin turla bağlı tənqidi yazı dərc edildi. Tənqidin səbəbi 26 fevral tarixində keçiriləcək turun Azərbaycanın qan yaddaşı Xocalı soyqırımı ilə eyni günə təsadüf etməsi, həmin gün "Relax"da konsert, diskoteka və digər əyləncə proqramlarının olması ilə bağlı idi.

Xəbər saytda yayımlanmasından az sonra mənə hədələyici zənglər gəlməyə başladı. Millət vəkili İqbal Məmmədovun və oğlu Mirhəmid Nərimanlının idarə etdiyi bu “qoçular” hətta məni ölümlə təhdid edirdilər.

Görsənir Mirhəmidin “Relax” İstirahət Mərkəzində Vergilər Nazirliyinin əməkdaşlarını döydükləri üçün aldığı həbs cəzası ona və atasına dərs olmayıb.

Millət vəkilinin köməkçisi olan qardaşı oğlu Nəriman Nərimanlı və digər qardaşı oğlu Namid Nərimanlı tərəfindən isə bu ailəyə məxsus trollar sosial şəbəkədə mənim ünvanıma təhqirlər yazmağa başladılar.

Feyzbukda "Ali Perviz" və “Kamil Hasanov” kimi qeydiyyatdan keçən bu trollar əslində himayədarları kimi tərbiyəsizlik etməkdən savayı heç nə bacarmırdılar.

İqbal Məmmədov qoçu, trol saxlamaqdansa rayondakı qazi və şəhid ailələri ilə maraqlanın. Onlar dərdlərini, sosial problemlərini deməyə sizi tapmadıqları üçün paytaxtda başqa millət vəkilləri axtarırlar. Neçə illər Lerikdən deputat seçilməyinizə baxmayaraq əhaliyə heç bir köməyiniz dəyməyib. İşiniz yalnız ailə biznesinizi artırmaqdan ibarət olub. Sizə məxsus istirahət mərkəzində, Broyler quşçuluq fabrikində əhalini qul kimi istismar etmisiniz. Yazdıqlarımız isə, əməllərinizin heç 10%-i deyil.
Mövzuya qayıdacağıq.
10:42
Baxıs: 3840
Reyting: