allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Deputat: “Bu gün Azərbaycan əsgərini düşünərək, koronavirus təhlükəsini də unutmamalıyıq” » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Deputat: “Bu gün Azərbaycan əsgərini düşünərək, koronavirus təhlükəsini də unutmamalıyıq”

Deputat: “Bu gün Azərbaycan əsgərini düşünərək, koronavirus təhlükəsini də unutmamalıyıq”

COVID-19 təhlükəsi hələ keçməyib.

Arazxeber.Az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, hələ də bu xəstəliyin vaksini tapılmayıb:

“Bu gün böyük həyəcan içərisində Ali Baş Komandanın gördüyü işin, aldığımız torpaqların sevincini qeyd etmək üçün kütləvi şəkildə insanlar bir araya yığışır. Azərbaycanın 10 milyon insanı orduya necə kömək edəcəyini düşünür. İnsanların qan vermək, əsgərlərə yemək, paltar aparmaq kimi hadisələri müşahidə edirik. Amma biz koronavirus təhlükəsini unutmamalıyıq. COVID-19 sözünü biz o qədər eşitdik ki, bəlkə də yorulmuşuq. Amma biz bu gün əsgərlərimizi də bu pandemiyanın ağır nəticələrindən qorumalıyıq. Payız aylarında Azərbaycan səhiyyəsi pandemik alovlanmaya hazırdır. Ancaq bunun nəticəsində biz xəstəxanaya çoxlu xəstə aparsaq, hazırda cəbhədə olan həkimlərimiz bu xəstəxanalara qayıtmağa məcbur olacaq. Bunu düşünmək lazımdır.

Bu gün COVID-19-dan qorxmamaq məsələsi gündəm olmamalıdır, koronavirusa meydan oxumaq məsələsi olmamalıdır. Bu gün Azərbaycan əsgərini düşünərək, daha diqqətli olaq. Ona görə də üç sadə qaydaya (maska, sosial məsafə, gigiyenik təmizlik) daha çox əməl etməklə, pandemik vəziyyətin alovlanması ehtimalını sıfıra endirək. Bu, Azərbaycan əsgərinin, Azərbaycan ordusunun haqq yolu üçün bizim görəcəyimiz işlərdən biridir və onlara verəcəyimiz ən böyük töhfədir. Mən operativ qərargahın üzvü kimi bütün Azərbaycan əhalisindən xahiş edirəm ki, koronavirus barədə ehtiyatlı olsun, qaydalara riayət etsin. Bunu ən çox Azərbaycan əsgəri, ordumuz üçün etsin”.
10:43
Baxıs: 6000
Reyting: