allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Nazir polis polkovniklərinin yerini dəyişdi - ƏMR » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Nazir polis polkovniklərinin yerini dəyişdi - ƏMR

Nazir polis polkovniklərinin yerini dəyişdi - ƏMR

Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında yeni kadr dəyişiklikləri olub.

Arazxeber.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, genral-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Azər Seyidov Əlahiddə Çevik Polis Alayının Yasamal rayon 6-cı bölüyünün komandiri vəzifəsinə təyin edilib.

Polis polkovnik-leytenantı Məmməd Əliyev sözügedən bölüyün komandiri vəzifəsindən azad olunaraq, Nərimanov rayon 1-ci patrul xidmətinin komandiri təyin olunub.

Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Seyidov bundan əvvəl Nərimanov rayon 1-ci patrul xidmətinin komandiri olub.
11:55
Baxıs: 6720
Reyting: