Bu gün Azərbaycanın daha 200 nəfər yanğınsöndürəni Türkiyəyə yola düşəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – dördüncü qrup bu gün axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.

Bu barədə Leqal.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.скачать dle 10.6фильмы бесплатно
6-08-2021, 17:00
Baxıs: 33 642
Reyting: