“Soçidə Lavrovla Qarabağı da müzakirə edəcəyik”

“Sabah Soçidə Lavrovla Dağlıq Qarabağ məsələsini, atəşkəsi, atəşkəsə nəzarət müşahidə mərkəzinin missiyası və işini müzakirə edəcəyik”.

Leqal.info xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Rusiyada həmkarı Sergey Lavrovla baş tutacaq görüşü şərh edərkən bildirib.

“İkitərəfli münasibətlərimizin bütün aspektlərini qiymətləndirəcəyik. Bölgə məsələlərində fərqli tərəflərdə olsaq da, Rusiya ilə işbirliyimiz var. Suriyada fərqli tərəflərdəyik, ancaq Astana prosesi ilə başlayan işbirliyimiz bu gün Konstitusiya Komitəsinin toplantıları ilə davam edir. Bir tərəfdən bölgədə əmin-amanlığı qorumaq üçün çalışırıq”, - deyə Çavuşoğlu kosovalı həmkarı ilə birgə mətbuat konfransında qeyd edib.скачать dle 10.6фильмы бесплатно
28-12-2020, 22:26
Baxıs: 22 300
Reyting: