Seninem.Az > Aktual / Manşet Yuxarı > MSK-nın formalaşdırılması məsələsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib

MSK-nın formalaşdırılması məsələsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib


Tarix: 23-04-2021, 13:44. Müəllif: admin
Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılması məsələsinin Milli Məclisdə müzakirə olunacağı vaxt müəyyənləşib.

Leqal.info-un əldə etdiyi məlumata görə, məsələ parlamentin gələn həftə - aprelin 27-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən komissiya yenidən formalaşdırılacaq.

MSK üzvləri 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt