Seninem.Az > Aktual / Manşet Yuxarı > Postlarda heç bir hazırlıq işi görülmür

Postlarda heç bir hazırlıq işi görülmür


Tarix: 6-04-2021, 13:11. Müəllif: admin
Sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı foto yayılıb. İddia olunur ki, yaxın günlərdə yenidən sərt karantin tətbiq olunacaq və hazırda bu prosesə hazırlıq işləri həyata keçirilir.

Leqal.info məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxlayıb. O, bildirib ki, sərt karantinin tətbiq olunması ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilir. Hazırda nazirlik də həmin qərarı gözləyir: “Biz Operativ Qərargahın qərarını gözləyirik. Hələ ki, belə bir qərar verilməyib”.

DİN-dən həmçinin bildirilib ki, hazırda həmin postlarda heç bir hazırlıq işi görülmür.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt