Seninem.Az > Siyasət / Manşet Yuxarı > “Sərhəddə demək olar ki, insident baş vermir” - Ermənistan Baş Qərargah rəisi

“Sərhəddə demək olar ki, insident baş vermir” - Ermənistan Baş Qərargah rəisi


Tarix: 2-04-2021, 11:30. Müəllif: admin
“Azərbaycanla sərhəddə vəziyyət nisbətən sabitdir, demək olar ki, heç bir insident baş vermir. Lakin ümumi gərginlik davam edir və bu həm döyüş növbətçiliyinə, həm də gündəlik həyatımıza təsir göstərir”.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi general-leytenant Artak Davtyan bu gün jurnalistlərə açıqlamasında bildirib.

Eyni zamanda, Davtyan Baş nazir Nikol Paşinyanın qonşularla münasibətlərə yenidən baxmağın zəruriliyi barədə açıqlamalarını şərh etməkdən imtina edib.

Xatırladaq ki, daha əvvəl Paşinyan “bölgədə düşmənlərimiz var, amma gəlin düzəldək ki, onları nə qədər düşmən hesab etsək, onlar da o qədər də bizi düşmən hesab edəcəklər”,- deyə açıqlama vermişdi. Hökumət rəhbəri bölgədə Ermənistan ətrafında əlverişli bir atmosfer yaratmağı lazım bildiyini və bunun üçün Ermənistanın bölgəyə baxışının dəyişməli olduğunu bildirib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt