Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycana qarşı Avropadan olan muzdlular da vuruşurmuş

Azərbaycana qarşı Avropadan olan muzdlular da vuruşurmuş


Tarix: 3-11-2020, 19:27. Müəllif: admin
“Etibarlı mənbələrə görə, Livan, Suriya, Kanada və Avropa ölkələrindən muzdlular Ermənistan tərəfindən Azərbaycan Ordusuna qarşı vuruşurlar”.

Leqal.info-nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Fransada fəaliyyət göstərən solçu təşkilatın rəhbəri özünə tərəfdaşlar toplayaraq Ermənistanda muzdlu kimi döyüşə getməyə hazırlaşdığını açıqlayıb:

“PKK terror təşkilatının üzvləri də işğal altında olan ərazilərdə Azərbaycana qarşı vuruşur. Ermənistan döyüş meydanında olan məğlubiyyətlərini kompensasiya etmək üçün guya Azərbaycan Ordusunun tərkibində hansısa muzdluların döyüşdüyü yalanını yayır. Azərbaycan Prezidentinin bildirdiyi kimi, Azərbaycanın heç bir muzdluya ehtiyacı yoxdur”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt