Azərbaycanda öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər

“Öz ərizəsi ilə işdən çıxanlarla bağlı Dövlət Məşğulluq Agentliyi ilə danışıqlar aparırıq”.

Leqal.info-nun xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, gələcəkdə öz ərizəsi ilə çıxan və bir müddət işsiz qalan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər.

Komitə sədri deputat Əli Məsimlinin qanun layihəsinin I oxunuşda dediyi “pandemiya dövründə Azərbaycanda 267 900 nəfər öz ərizəsi ilə işdən çıxıb” fikrinə də münasibət bildirib: “Pandemiya dövründə 327 min şəxsin işdən çıxması ilə bağlı məlumat verilib. Onu da vurğulayım ki, bu müddət ərzində 387 min insan isə işə qəbul olunub”.скачать dle 10.6фильмы бесплатно
20-12-2021, 20:15
Baxıs: 29 595
Reyting: