Saakaşvilinin həbsxanadan İLK GÖRÜNTÜLƏRİ YAYILDI

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilin həbsxanadan ilk fotosu çəkilib.

Leqal.info “Report”a istinadla xəbər verir ki, o, saxlandığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin dəmirbarmaqlı pəncərəsindən tərəfdarlarını salamlayıb.

M.Saakaşvili türmə kamerasından tərəfdarlarına “Siz çox güclüsünüz” sözləri ilə təşəkkür edib.

Eks-prezident pəncərədə bir neçə saniyə ərzində görünüb. Pəncərə tez bir zamanda bağlansa da, media nümayəndələri onu lentə alıblar.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 21-ci gündür aclıq aksiyası keçirir.
Saakaşvilinin həbsxanadan İLK GÖRÜNTÜLƏRİ YAYILDI
Saakaşvilinin həbsxanadan İLK GÖRÜNTÜLƏRİ YAYILDIскачать dle 10.6фильмы бесплатно
21-10-2021, 18:55
Baxıs: 33 845
Reyting: