İlham Əliyev: "Azərbaycan qalib ölkə olaraq Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır"

"Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyası üzrə Ermənistan ilə danışıqlara başlamağa hazırdır".

Leqal.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasından çıxışı zamanı bildirib.

“Müharibə və münaqişə tarixdə qaldı. Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyası və sülh razılaşması üzrə Ermənistan ilə danışıqlara başlamağa hazırıq. Qalib ölkə olaraq Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Ümid edirik ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən qaçırmayacaq”, - dövlət başçısı deyib.скачать dle 10.6фильмы бесплатно
15-10-2021, 15:20
Baxıs: 30 645
Reyting: