BQXK nümayəndələri Ağdərədə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər

Sentyabr ayının əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ağdərədə saxlanılan Azərbaycan hərbçisi Cəmil Babayevlə görüşüblər.

Bunu Azinformasiya.Az-a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib:

"Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxsə ailəsi ilə əlaqə saxlamasına şərait yaratsın".

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
7-09-2021, 13:00
Baxıs: 20 569
Reyting: