Qarabağda Azərbaycan qanunları əsasında fəaliyyət göstərən mobil operator işləyə bilər

Son zamanlar bir sıra erməni saytları həmişə olduğu kimi Azərbaycanı ermənilərin hüquqlarını pozmaqda ittiham edir. İddialara görə, Azərbaycan xüsusi qurğular vasitəsi ilə Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əhalisinin mobil və internet rabitəsinə müdaxilə edir və bu isə şəbəkələrdə nasazlıqlara səbəb olur.

Məsələni “Report”a şərh edən İKT üzrə müstəqil ekspert Elvin Abbasov qeyd edir ki, belə hallarda bir neçə məsələni nəzərə almaq lazımdır.

“Bildiyiniz kimi Qarabağın erməni işğalında olan hissəsi 2020-ci ilin noyabrına qədər münaqişə zonası idi. Bu səbəbdən də oradakı bütün fəaliyyətlər qeyri-qanuni hesab olunurdu.

Amma ordumuzun zəfərindən sonra burada bir çox məsələlər dəyişdi. Hesab edirəm ki, Qarabağda bir çox məsələlərin, o cümlədən infrastruktur məsələlərinin bəzilərinin həllini tapması üçün zamana ehtiyac var. Çünki orada yaşayan bir qrup erməni əhalisi var və onlar hazırda reabilitasiya, uyğunlaşma dövrü yaşayır. Təbii ki, bu da bütün proseslərə təsir edir. Bunlardan biri də insanların bu gün daha çox ehtiyac duyduğu internet, mobil rabitə və s. məsələlərdir.

Ötən günlərdə erməni mətbuatında oxuduq ki, guya yerli əhali Azərbaycanın onların mobil və internet rabitəsinə mane olması ilə bağlı Rusiya sülhməramlılarına şikayət edib.

Bu məsələni şərh etməzdən öncə onu deyim ki, müxtəlif dövrlərdə bütün ölkələr GSM operatorlarında yaranan nasazlığa görə, problem yaşayıb. Hətta Azərbaycanda da dəfələrlə belə hallar olub. Bu da təbii haldır. Çünki texnika elədir ki, bəzən onda hansısa yeniləmə yaxud nasazlıq olur və bu da müəyyən fasilələrə gətirib çıxarır.

Bu məsələdə hazırda Qarabağda vəziyyət daha kirtikdir. Belə ki, erməni əhalisinin yaşadığı bölgə Azərbaycan silahlı qüvvələrinin, Sülhməramlıların və Ermənistanın hərbi obyektlərinin yerləşdiyi bölgənin ortasındadır. Ola bilsin ki, orda olan gizli hərbi obyektlərin təhlükəsizliyi üçün müxtəlif rabitə siqnallarını bloklayıcı vasitələrdən istifadə edilir. Nəzərə almalıyıq ki, burada 3 müxtəlif tərəfin hərbi obyekti var və hər 3 tərəfin də gizli saxlamaq istədiyi hansısa koordinatların yayılmaması üçün belə bir vasitələrdən istifadə etmək imkanı mövcuddur. Belə olan halda həmin ərazidə GSM operatorların mobil şəbəkəsində çətinliyin yaranması normaldır. Həmçinin də operatorların nasazlıqları və ya fors-major halları nəzərə almalıyıq. Belə olanda isə çətinliklər daha da intensiv hal alır”.

Ekspert hesab edir ki, tarixən riyakarlıqları ilə tanınan ermənilərin bu dəfə də eyni əməllərə əl atması mümkündür. Bu səbəbdən də kompleks araşdırmalar aparılmalıdır:

“Həmin məsələ ilə bağlı digər bir praktik nümunə ondan ibarətdir ki, ermənilər həmişəki kimi cığallıq edir. Belə ki, onlar Azərbaycanı təqsirləndirmək məqsədi ilə qəsdən şəbəkədə hansısa bloklamalar həyata keçirə bilərlər və əhalinin süni narazılığını ölkəmizin üstünə yönəltmək istəyərlər. Bütün bu məsələləri araşdırmaq üçün isə mütəxəssislər işləməlidir. Biz araşdırıb tapmalıyıq ki, “Karabakh Telecom”un mövcud avadanlıqlarının vəziyyəti necədir?! Yaxud münaqişənin aktiv fazasında həmin avadanlıqlara hansı ziyanlar dəyib?!

Təbii ki, orada yaşayan və şikayətlənən sakinlərin bu problemləri fərdi şəkildə araşdırıb nəticə əldə etmək imkanları yoxdur. Amma kompleks şəkildə aparılan ekspertiza işləri nəticəsində axtarılıb tapıla bilər.

O ki qaldı “Karabakh Telecom”un Qarabağda fəaliyyətinə, təbii ki, bu qurumun Qarabağda fəaliyyəti qanusuzdur. Orada Azərbaycan qanunları əsasında fəaliyyət göstərən mobil operatoru işləyə bilər. Azərbaycanın hüququdur ki, beynəlxalq təşkilatlara müraciət edib onun işini məhdudlaşdırsın. Hesab edirəm ki, bu daha böyük bir xaosa yol açacaq. Belə olan halda orada yaşayan sivil insanların hüquqlarını əlindən almış oluruq. Ona görə də Azərbaycan bu mövqedə təmkinlidir və oradakı prosesləri reabilitasiya dövrünə buraxıb”.скачать dle 10.6фильмы бесплатно
3-09-2021, 22:21
Baxıs: 36 327
Reyting: