allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info İran parlamentində 4 nəfər koronavirusa yoluxub, bütün iclaslar təxirə salınıb » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

İran parlamentində 4 nəfər koronavirusa yoluxub, bütün iclaslar təxirə salınıb

İran parlamentində 4 nəfər koronavirusa yoluxub, bütün iclaslar təxirə salınıb İran parlamenti koronavirus epidemiyası ilə əlaqədar bütün iclaslarını təxirə salıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İslami Şura məclisinin sözçüsü Əsədullah Abbasi deyib.
O bildirib ki, ölkədə koronavirus yayıldığı üçün Rəyasət Heyətinin qərarı ilə əlavə məlumat verilənədək hər hansı sessiya keçirilməyəcək.
Qeyd edək ki, parlamentin Rəyasət Heyətinin üzvü Məhəmməd Əli Vəkili bu gün səhər "Twitter”dəki səhifəsində parlamentin deputatlarının hamısının koronavirusa görə müayinə olunduğunu yazıb: "290 parlament üzvünün 30-nun müayinə nəticələri açıqlanıb. Onlardan 4 nəfərdə koronavirus aşkarlanıb, qalan üzvlərin də ardıcıl olaraq müayinəsinin nəticəsi açıqlanacaq".
18:53
Baxıs: 2240
Reyting: