allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info İranlı qadın aparıcılardan HÖKUMƏTƏ ETİRAZ - İstefa verdilər » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

İranlı qadın aparıcılardan HÖKUMƏTƏ ETİRAZ - İstefa verdilər

İranlı qadın aparıcılardan HÖKUMƏTƏ ETİRAZ - İstefa verdilər Yanvarın 8-də "Boeing 737” tipli sərnişin təyyarəsinin İranın hava hücumundan müdafiə kompleksləri tərəfindən vurulmasından sonra etirazlar səngimir.
İranın IRIB dövlət televiziya kanalında çalışan üç məşhur qadın spiker hökumətin hadisəni ört-basdır etməyə çalışdığını əsas gətirərək istefa ediblər.
İranın "Kanal 2” televiziyasında fəaliyyət göstərən aparıcı Gelare Cabbari istefa verib. O, "İnstagram” hesabında iranlılardan illərdir onlara yalan danışdığına görə üzr istəyib.
Böyük Britaniyanın "Guardian” nəşri məlumat verir ki, Cabbaridən başqa daha iki iranlı xanım jurnalist Zəhra Hatəmi və Səba Rad da eyni mövqeyi sərgiləyərək televiziyadan istefa verdiklərini açıqlayıb.
Vəzifədən ayrılan digər spiker Zəhra Hatəmi "Bu günə qədər məni xəbər aparıcısı kimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Televiziyaya geri dönməyəcəyəm. Məni bağışlayın” məzmununda açıqlama verib.
Səba Rad isə "Karyeramdakı illər boyunca dəstəyiniz üçün təşəkkürlər. Radio və televiziyada 21 il işlədikdən sonra mediadakı vəzifəmə davam etməyəcəyəm. Edə bilmərəm” deyib.
Tehran əyaləti jurnalistlər birliyi təyyarə qəzasıyla əlaqədar dövlətin dezinformasiya yaymasına kömək etdiyi üçün üzr istəyib.
17:02
Baxıs: 560
Reyting: