allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Hökuməti qurmaq radikal təşkilata tapşırıldı – Ölkə qarışdı » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Hökuməti qurmaq radikal təşkilata tapşırıldı – Ölkə qarışdı

Hökuməti qurmaq radikal təşkilata tapşırıldı – Ölkə qarışdı Livan Prezidenti Mişel Avn radikal Hizbullah təşkilatı və siyasi müttəfiqlərdən ibarət 14 Mart Blokunun dəstəklədiyi Həsən Diyaba yeni hökumət qurmaq tapşırığı verib.
Avn kütləvi etirazlar səbəbindən noyabrda istefa verən hökumətin yerinə yeni kabinetin qurulması üçün siyasi qüvvələrlə başladığı müzakirələri başa çatdırıb.
Livan parlamentində 14 Mart Blokunda təmsil olunan Hizbullah, Əməl Hərəkatı və Prezident Avnın lideri olduğu Azad Vətənpərvərlər Hərəkatı yeni hökumətin qurulmasının akademik Həsən Diyaba həvalə olunmasına razılıq verib.
Parlamentdə 21 deputatla sünnilərin ən böyük bloku olan, hazırkı Baş nazir Saad əl-Həririnin liderliyindəki Sünni Gələcək Hərəkatı isə Diyabın ölkəni mövcud böhrandan çıxarmaq gücündə olmadığını əsas gətirərək, hansısa təklif verməyib.
Prezidentin açıqlamasından sonra ölkədə yenidən kütləvi etirazlar başlayıb. Livanlılar hökumətin qurulmasının Diyaba həvalə olunmasına etiraz edirlər.
Əlavə edək ki, akademik Həsən Diyab Avropa və ABŞ-da terror təşkilatı kimi tanınan Hizbullaha yaxınlığı ilə seçilir.
10:50
Baxıs: 1920
Reyting: