“Putin ABŞ-la yaxşı münasibətlər qurmağın tərəfdarıdır”

“Vaşinqtonun sərt açıqlamalarına və düşmən ifadələrinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin ən azından Moskvaya faydalı olan sahələrdə ABŞ-la yaxşı münasibətlər qurmağın davamlı tərəfdarı olaraq qalır”.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, Rusiya-ABŞ münasibətlərinin inkişafında Rusiya ABŞ-ın hazır olduğu qədər qabağa getməyə hazırdır. Buna görə Peskov qeyd edib ki, bu baxımdan Moskvanın tutarlı mövqeyi göz qabağındadır.

“Putin yaxşı münasibətlər qurmağın ardıcıl tərəfdarı olaraq qalır”,- deyə Kremlin sözçüsü qeyd edib.

Xatırladaq ki, Vaşinqton dəfələrlə Rusiyanın “Şimal Axını- 2” layihəsinə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyini bildirib.скачать dle 10.6фильмы бесплатно
8-04-2021, 17:53
Baxıs: 33 860
Reyting: