allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Ərdoğan Rusiya və amerikalı həmkarları ilə telefonda danışacaq » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Ərdoğan Rusiya və amerikalı həmkarları ilə telefonda danışacaq

Ərdoğan Rusiya və amerikalı həmkarları ilə telefonda danışacaq Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan bu günlərdə Rusiya və amerikalı həmkarları - Vladimir Putin və Donald Trampla telefon söhbəti edəcək.
"Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə prezidentin mətbuat katibi İbrahim Kalın bildirib.
O qeyd edib ki, Türkiyə İdliblə bağlı reaksiyanı Rusiya tərəfinə çatdırıb və Ərdoğan bu mövzunu Putinlə müzakirə edəcək. İbrahim Kalın sentyabrın 16-da Ankarada Türkiyə, Rusiya, və İranın iştirakı ilə üçtərəfli sammitin keçiriləcəyini bildirib.
Mətbuat katibi Suriyanının şimalında qurulacaq təhlükəsizlik bölgəsi ilə bağlı ABŞ-la aparılan danışıqlara da toxunub.
"Qarşıdakı günlərdə konkret addımları görəcəyik. Fəratın şərqində yaxın zamanda türk və Amerika əsgərləri ortaq patrul xidmətinə başlayacaq. Boltonla (ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton – red.) sabah danışacağam. Sonra prezidentimiz cənab Trampla telefonda danışacaq”, - Kalın əlavə edib.
10:22
Baxıs: 3600
Reyting: