Koronavirusa yoluxan Dilavər Əzimli vəfat etdi

Tanınmış tarixçi alim Dilavər Əzimli vəfat edib.

Leqal.info xəbər verir ki, koronavirusa yoluxan alim komada idi.

Xatırladaq ki, 62 yaşlı D. Əzimli ilin əvvəlindən koronavirusa yoluxaraq FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alırdı. O, süni tənəffüs aparatına qoşulmuşdu.

Qeyd edək ki, tarix elmləri üzrə fəlsəfə doktoru olan D.Əzimli 10 ildir pedaqoji fəaliyyətlə məşğul olub. O, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi olub. Bu günə qədər onun 104 elmi əsəri çapdan çıxıb.скачать dle 10.6фильмы бесплатно
3-03-2021, 12:39
Baxıs: 44 817
Reyting: