Rusiya Yerevandakı universitetlə bağlı sazişdən çıxdı

Rusiya Yerevandakı Rus-Erməni Universitetinin (Slavyan) fəaliyyət şərtləri ilə bağlı sazişdə iştirakdan imtina edib.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin müvafiq əmri rəsmi hüquq informasiya portalında dərc olunub.

“Ermənistan tərəfinə Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasındakı Yerevandakı Rus-Erməni Universitetinin fəaliyyəti şərtlərinə dair razılığın tərəfi olmamaq niyyəti barədə bildiriş göndərilsin”, - deyə əmrdə bildirilir.

Qeyd edək ki, Rus-Erməni Universiteti 1997-ci ilin avqustunda Moskvada Rusiya və Ermənistan hökumətləri arasında imzalanmış ikitərəfli razılaşma əsasında yaradılıb.скачать dle 10.6фильмы бесплатно
1-03-2021, 21:29
Baxıs: 26 757
Reyting: