Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi

Koronavirusun yeni növünə yoluxan Ermənistan prezidenti Armen Sarkisyan ikitərəfli sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.

“Koronavirusun yeni növünə yoluxan və evdə müalicə alan prezident Armen Sarkisyan xəstəxanaya yerləşdirilib”,- deyə açıqlamada bildirilib.

Xatırladaq ki, Londonda ayağından əməliyyat olunan Armen Sarkisyanda koronavirusun yeni ştammı yanvarın ilk həftəsində aşkarlanıb.скачать dle 10.6фильмы бесплатно
13-01-2021, 14:44
Baxıs: 38 286
Reyting: