“Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”

“Ermənistan və Azərbaycan əsirlərin mübadiləsi prosesinə başlamağa yaxındır”.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün öz feysbuk səhifəsində xalqa müraciəti zamanı bildirib.

“Əsirlərin mübadiləsinin başlanmasına, məhkumlarımızın qaytarılmasına yaxınlaşırıq. Çox keçmədən rəsmi təsdiqlənmiş əsirlər qrupunun qaytarılmasını gözləyirik. Bu mərhələdə şəxsiyyətləri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”,- deyə Paşinyan qeyd edib.скачать dle 10.6фильмы бесплатно
14-12-2020, 15:30
Baxıs: 22 321
Reyting: