ABŞ-da peyvəndlənmə başladı

ABŞ yeni növ koronavirusa qarşı peyvəndin tətbiq edilməsini təsdiqləyib.

Leqal.info xəbər verir ki, bu barədə ölkənin Qida və Dərman İdarəsi (FDA) mütəxəssislər heyəti məlumat yayıb.
Bildirilib ki, Amerika yerli “Pfizer” və türk alim Uğur Şahinlə xanımı Özlem Türecinin ixtira etdiyi vaksininin satışı ilə məşğul olan “BioNTech”lə müqavilə imzalayıb.

Peyvəndlərin vurulması bu gündən başlayır. Dekabrın sonunadək ilkin mərhələdə 6, 4 milyon doza vaksin dağıdılacaq, 3 milyon vətəndaşa tətbiq ediləcək.

Qeyd edək ki, dünyada 70 milyon 720 min 814 nəfər koronavirusa yoluxub, 1 milyon 588 min 444 nəfər vəfat edib.

Yoluxma (16 milyon 39 min 393 nəfər) və ölüm (299 min 692 nəfər) sayına görə ABŞ liderlik edir.скачать dle 10.6фильмы бесплатно
11-12-2020, 11:45
Baxıs: 34 175
Reyting: