Paşinyan məğlubiyyətdən sonra onu da işdən çıxardı

Ermənistanın xüsusi təyinatlı səfir Karen Mirzoyan vəzifəsindən azad edilib.

Leqal.info-nun “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, müvafiq fərmanı Baş nazir Nikol Paşinyan imzalayıb.

Qeyd olunur ki, Mirzoyan bu vəzifəyə 2019-cu ilin iyununda təyin olunub.

Xatırladaq ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini azad etmək üçün apardığı 44 günlük hərəkat zamanı və daha sonra Ermənistanda yüksək vəzifəli şəxslər ya istefa veriblər, ya da vəzifələrindən azad ediliblər.скачать dle 10.6фильмы бесплатно
20-11-2020, 14:58
Baxıs: 37 029
Reyting: