Torpaqlarımızın işğalına başçılıq edən erməni general öldü

Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan general-leytenantı, birinci Qarabağ müharibəsinin iştirakçısı Manvel Qriqoryan ölüb.

Leqal.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd edək ki, Manvel Qriqoryan Ermənistan parlamentinin keçmiş üzvü olub. 2018-ci ilin iyun ayında ona qarşı cinayət işi başladılıb.
O, qanunsuz silah-sursat saxlama, 100 milyon dram (200 min dollardan çox) dəyərində əmlakı mənimsəmək, vergidən yayınma və dövlət əmlakını (1 milyard dramdan çox) mənimsəməkdə ittiham olunaraq həbs olunmuşdu.

2020-ci ilin yanvarına qədər həbsdə olan Qriqoryan səhhətində yaranan problemlərə görə azadlığa buraxılmışdı.

Xatırladaq ki, general Manvel Qriqoryan Cəbrayılı və Füzulini işğal etmiş erməni ordusunun 5-ci briqadasına rəhbərlik edib. Füzuli rayonunu tamamilə məhz o qarət edib. Cani-general həm də Azərbaycan əsirlərinə münasibətdə xüsusi qəddarlığı ilə fərqlənib.скачать dle 10.6фильмы бесплатно
19-11-2020, 11:19
Baxıs: 36 909
Reyting: